Sərhəd Xidmətinin hərbi hissəsində yanğın

img

19-07-2012 [11:03]


Bu gün səhər saatlarında Qobustan rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin bazasında yanğın baş verib. Verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşınları və bir neçə helikopter cəlb olunub. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın səhər saat 09:00 radələrində başlayıb. Yanğın bir neçə partlayışla müşahidə olunub. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yanğın nəticəsində iki FHN əməkdaşı xəsarət alıb. Onlardan biri küt kəllə-beyin travması, dogəri isə tüstüdən zəhərlənməilə xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində digər xəsarət alanlar barədə məlumat verilmir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən faktla bağlı hər hansı məlumat verilmədi. ANSPRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA