?Aztelekom?la ?Azercell? məhkəmədə barızdı

img

16-07-2012 [01:58]


[b]Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Aztelekom? İstehsalat Birliyi ?Azercell Telekom? MMC ?ni məhkəməyə versə də, 4-5 ay sürən proseslərin sonunda tərəflər arasında barışıq əldə olunub.[/b] Bu barədə mia.az-a daxil olan məlumata görə, tərəflər arasındakı məhkəmə çəkişməsinə səbəb ?Azercell Telekom? MMC-nin ?Aztelekom?un göstərdiyi ötürücü xidmətlərin haqqını vaxtında ödəməməsi və digər qanunsuz əməlləri olub. Buna görə də dövlət şirkəti məhkəməyə müraciət edib. Lakin 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində start götürən proses ?Aztelekom? İB üçün müsbət sonunclanmayıb: ?Birlik rəhbərliyi birinci məhkəmə instansiyasının bu qətnaməsindən apellyasiya şikayəti verib və israrla vurulmuş ziyanın ?Azərsell?dən tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə başlayan məhkəmə çəkişməsində isə barışıq əldə edilib?. Xəbərə görə, tərəflər arasında barışıq sazişi imzalandığından hakim işə xitam verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA