Səbail rayonu ilin yarısına yekun vurdu

img

13-07-2012 [02:19]


Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin sonuncu iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında müzakirə olunub. İcra Hakimiyyətindən MIA-ya verilən məlumata görə, iclasda geniş məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2012-ci ilin birinci yarısında Səbail rayonunda görülən işlərdən danışıb. Bildirib ki, hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 12.709,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib: ?Nəqliyyat müəssisələri tərəfindən 310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 17,2 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.420,0 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 % artıb. İlin əvvəlindən əhaliyə 33,6 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 13,8 % çoxdur. Səbail rayonunda çalışan işçilərin sayı 98793 nəfər, orta aylıq əmək haqqının məbləği isə 938.2 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 4.0 % çoxdur. 2012-ci ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 729 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin iyul ayının 1-dək rayonda 6239 daimi iş yeri açılıb. Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Bu ilin ikinsi rübü ərzində prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində ?CW Mariott Abşeron? otelinin, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun, ?Hilton-Baku? otelinin qarşısındakı parkın, Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin, ?Baku Kristall Hall?ın, Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin, Azneft döngəsində, Mikayıl Useynov kuçəsində inşa olunmuş yeraltı piyada keçidinin, Dənizkənarı Milli Parkda ?Kiçik Venesiya şəhərciyi? adlanın ərazinin, Səadət Sarayının və Badamdar qəsəbəsində Heydər Əliyev parkının açılış mərasimləri keçirilib?. A. Əsgərov onu da deyib ki, ?2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı?nın Əlavə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınıb ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür: ?Keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanıb, artıq burada xeyli iş görülüb. Məktəb və uşaq bağçasının açılışı cari ilin sentyabr ayında olacaq. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı 6 ay ərzində rayonda 28.000 kv.m. respublika, 49.500 kv.m. yerli əhəmiyyətli yollara asfalt çəkilib. 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi işləri başa çatmaq üzrədir. Eyni zamanda 49, 50 və 203 saylı orta məktəblərdə, 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə, Bibiheybət Mədəniyyət evində əsaslı-təmir işləri aparılır. ?Könül? körpələr evindəki əsaslı təmir başa çatmaq üzrədir. Bu ilin yanvar ayında Səbail rayon İcra Hakimiyyətinin həyətində də abadlıq aparılıb, həyətə 700 kv. metr sahədə dekorativ plitə döşənib, divarlar və darvaza rənglənib, binanın qarşısında yeni güllər əkilib. ?Abad həyət? layihəsi əsasında Badamdar qəsəbəsi S. İbrahimxədilov 1 ünvandakı həyət əsaslı təmir olunub, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. 6 ay ərzində rayondakı respublika və yerli əhəmiyyətli yollara 147.500 kv.m. asfalt çəkilib. Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 11 binanın dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri görülüb. 2012-ci ilin ilk 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 424 ailə (1744 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 116,39 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13125 nəfər təqaüdçülərə ilin 6 ayı ərzində 16.729.842,8 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib. Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 6 ay ərzində 473 nəfər daimi işlə təmin olunub, ?Ərazi Məşğulluq Proqramı?na əsasən cari ilin birinci yarısı ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə ?İngilis dili?, 24 nəfər üçün ?Ofisiant?, 12 nəfər üçün ?Katibə-referant? kursları açılıb?. Toplantıda Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, Badamdar qəsəbə nümayəndəsi Natiq Bağırov çıxış ediblər. İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub