Azərbaycanda sahibkarı öldürüb yandırdılar

img

23-06-2012 [05:08]


İyunun 22-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Əmircan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Dadaşova Zibeydə Əliəşrəf qızına məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibəsi isə orada ölüb. Z.Dadaşovanın meyitinin müayinəsi zamanı üzərində kəsilmiş-deşilmiş xəsarətlər olması aşkar edilib. Suraxanı rayon Prokuroru Sərdar İmanov isə Lent.az-a bildirib ki, ilkin müayinə zamanı qadının üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Hazırda hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Məlumata görə, qətlə yetirilmiş 54 yaşlı Z.Dadaşova öz evində tək yaşayırmış. O fərdi sahibkarlıqla məşğul imiş. Z.ŞDadaşova bankdan kredit götürərək Türkiyədən Azərbaycana geyim əşyaları gətirib burada satırmış. Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA