isaxan Azurov adına mükafat təsis edildi

img

24-06-2012 [12:11]


Leyla Yunus Sülh və Demokratiya İnstitutu İsaxan Aşurov adına mükafat təsis edib. İnstitutun direktoru Leyla Yunusun sözlərinə görə, iyunun 23-də təsis edilən mükafat hər il qanun və hüquq uğrunda mübarizə aparan vətəndaşlara veriləcək: ?Sülh və Demokratiya İnstitutu bundan sonra insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara ?İsaxan Aşurov? mükafatı verəcək. Burda məqsəd hər il İsaxan Aşurovu yada salmaqdır. Mənim uşaqlıqdan polisdən xoşum gəlməyib, amma İsaxan Aşurov öz nümunəviliyi ilə məndə polisə qarşı bu təsəvvürləri tamamilə dağıdıb. İsaxan Aşurov böyük hərflə, zabit vicdanı ilə vətənini qoruyub?. Xatırladaq ki, tanınmış vəkil, sabiq polis rəisi İsaxan Aşurov iyunun 22-də 57 yaşında ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib. O, bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Yaxınlarından aldığımız məlumata görə, İsaxan Aşurovun cənazəsi iyunun 25 və ya 26-sı ABŞ-dan Gürcüstana gətiriləcək və doğulduğu Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA