Kürdlər həbsxananı yandırdı,13 məhbus həlak oldu

img

17-06-2012 [11:44]


İyunun 16-da axşam saatlarında Türkiyədə Şanlıurfa vilayətində həbsxana yandırılıb. Rəsmilər 13 məhbusun həlak olduğunu bildirirlər. Yerli medianın xəbərinə görə məhbuslar saxlanma şəraitinə etiraz olaraq yataq dəstlərini yandırıblar. Xəbərlərə görə Türkiyədəki kürd partiyası ? Barış və Demokratiya Partiyasından millət vəkili İbrahim Ayhan da həmin həbsxanada saxlanırmış. Amma yanğında o zərər çəkməyib. Saat yarım sonra yanğın söndürülüb. Türkiyənin Ədliyyə nazirliyi bildirir ki, həbsxana işçiləri arasında da yaralananlar və tüstüdə zəhərlənənlər var. Onlardan 9 nəfəri həbsxanaya yerləşdirilib. Nazirlik bildirir ki, yanğını törədənlər qapılarda yataq dəstələri ilə barrikada qurduqlarında hadisəyə vaxtında müdaxilə edib, tələfatın qarşısını almaq mümkün olmayıb. Hökumət 600 nəfərlik bu həbsxanada sıxlıq olduğunu etiraf edir. Türkiyə mediası həbsxanada 1000-dən çox məhbus saxlandığını yazır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA