Adam döymə cinayət yox, inzibati xəta sayılacaq

img

29-06-2012 [06:31]


Milli Məclis iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Adam döyməklə bağlı maddə (132-ci maddə) Məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib. Yəni, bundan sonra adam döymüş şəxs inzibati həbs alacaq və ya cərimə ödəyəcək. Bir neçə deputat həmin maddənin Cinayət Məcəlləsindən çıxarılmasına etiraz edib. Deputat İlyas İsmayılov bunu səhv addım adlandırıb: ?Bu qanunu hazırlayanlar sadəcə kabinetdə oturub işləyənlərdir. Necə ola bilər ki, insan ləyaqətini alçaldan bir hərəkət Cinayət Məcəlləsindən çıxarılır. Təhqir, böhtan cinayət hesab edilir, amma adamın kimsə tərəfindən döyülməsi inzibati xəta sayılır?. Layihəni parlamentdə təqdim edən Əli Hüseynli iradlarla razılaşmayıb. O qeyd edib ki, onsuz da döymə hallarında xəsarətlər olarsa, bu məsələ Cinayət Məcəlləsinə tövsüf edilir. Qüdrət Həsənquliyev isə deyib ki, elə döymə halları var ki, bu zaman adam heç bir xəsarət almır, amma təhqir olunur: ?Misal üçün adamı arxadan təpiklə vurular və bunun heç izi də qalmır. Amma bu hərəkətlə insanın şəxsiyyəti alçaldılır. Bu baxımdan da, döymə maddəsi Cinayət Məcəlləsində saxlanmalıdır?. YAP-çı deputat Siyavuş Novruzov isə deyir ki, bu, əslində döymə hallarının çox olması və əksəriyyətinin də məhkəmələrə gedib çıxmaması ilə bağlıdır. Onun fikrincə, bu dəyişiklik mövcud problemləri əhatə edəcək. Müzakirələrdən sonra dəyişiklik qəbul edilib. Parlament həmçinin Cinayət Məcəlləsindəki işgəncə verməklə bağlı maddənin (133-cü maddə) adının dəyişdirilməsinə səs verib. Bundan sonra o, əzab vermə maddəsi adlandırılır

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA