DiN Cəlilabadda narkotacirləri tutdu

img

03-06-2012 [12:13]


Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni cari ilin birinci yarısında da qətiyyətlə davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan rəsmi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb: ?Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinn müvafiq maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşişi bu il mayın 29-da saxlamaq məqsədi ilə tanışı Şahin Soltanova vermişdir?. Məlumatda vurğulanır ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin Gülüşov yaxalanıblar və hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: ?İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 (bir) kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülmüşdür?. Sonda isə bildirilib ki, adıçəkilən transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA