Polis daha bir dindar baz redaktoru saxladı

img

21-05-2012 [01:56]


Dünən saat 19-20 radələrində metronun ?Memar Əcəmi? satnsiyası ilə 3-cü mikrararoyon dairəsi arasında yerləşən ?Killer? kişi geyimləri mağazasına gələn polis əməkdaşları ?Azadxeber.az? saytının baş redaktoru Nicat Əliyevi, mağazanın meneceri Valeh Məmmədağaoğlunu, satıcı Qurban Əlibalaoğlunu və 3 müştərini saxlayıblar. Müştərilərdən birinin adının Cavid olduğu xəbər verilir. ?İslamazeri.az? xəbər verir ki, həmin gün ?Killer? mağazasının yaxınlığındakı ?Müntəzir? çay evinə də gələn polis əməliyyatçıları ?Əhli-Beyt? məddahı kimi tanınan Məşədi Natiq Əhmədovu zorakılıqla aparıblar. Çay evinin 3 işçisi və digər 2 müştəri də tutulub. ?Müntəzir? çay evində həbs edilənlər Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə aparılıb. Onlar izahatları alındıqdan və sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar. ?Azadxeber.az? saytının baş redaktoru Nicat Əliyevin və onunla bir yerdə tutulanların aqibəti hələ ki, naməlumdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA