Generalın izçisi Balakəndə özünü güllələdi

img

03-05-2012 [12:28]


Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb.Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, gecə saat 01:30 radələrində 43 yaşlı A. Qasımov özünü bölmənin inzibati binasının qarşısında silahla öldürüb. Onun özünü öldürməsi xəstəliyi ilə bağlı olub. O, bir müddət əvvəl sağalmaz xəstəliyə tutulmasını bilib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. "Qafqazinfo"

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA