Yazıçılar Birliyi iranda yoxa çıxan zairlərimizlə bağlı bəyanat yayıb

img

25-05-2012 [04:10]


Azərbaycan Yazıçılar Birliyi (AYB) iki gənc yazarın mayın 2-də İranda müəmmalı şəkildə yoxa çıxması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, 3 həftə əvvəl İranda itkin düşən iki cavan və istedadlı qələm adamından biri - Fərid Hüseyn Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsü olub, bir neçə orijinal və tərcümə kitabının müəllifidir: "Şəhriyar del Gerani isə ədəbi mühitin ən fəal üzvlərindən biridir, şeir və hekayələri ilə qatıldığı yaradıcılıq müsabiqələrində önəmli uğurlar qazanıb". ?AYB Fərid Hüseyn və Şəhriyar del Geraninin taleyinə tezliklə aydınlıq gətirilməsinin vacibliyini bəyan edərək, hər iki gənc yazarın ən yaxın zamanda azadlığa və doğmalarına qovuşması naminə təsirli addımların atılmasını, humanizm prinsiplərinin, yüksək islami dəyərlərin qələbə çalması arzulayır?, - deyə bəyanatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...