Lənkəranda dindarlar ayağa qalxıb; həbsdə olan nüfuzlu dindar icra bazçısını hədələdi

img

14-05-2012 [12:24]


Lənkəranda məscidin həyətində otel tikilməsi qərarı dindar təbəqəni ayağa qaldırıb. Artıq iki gündür ki, polislərlə dindarlarla arasında davam edən gərginlik əlbəyaxa həddinə qədər çatıb. Hadisə ilə bağlı saxlanılanlar olsa da, dindarların İcra Hakimiyyəti və Rayon polis Şöbəsinin qarşısına yürüşündən sonra onlar buraxılıblar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Lənkəran sakinləri məlumat veriblər. Məlumatda o da bildirilir ki, icra başçısı məscidin həyətində əslində baxça tikildiyini desə də, camaat arasında belə bir məlumat yayılıb ki, ?Gilin Holdinq? orada otel tikəcək. Gəlişmələrlə bağlı məlumatları yeniləməyə çalışacağıq. ?İslamazeri.az? saytı isə xəbər verir ki, hazırda rayon mərkəsində gərgin vəziyyət var. Belə ki, Məscid həyətində qazıntı işlərinə hazırlıq getdiyini görüb hiddətlənən əhali oraya toplaşmağa başlayıb: ?Hal-hazırda yüzlərlə kişi, qadın, bütün hadisədən xəbərdar olanlar oraya toplaşmaqdadır. Artıq ərazıyə çox sayda polis də cəlb edilib. Qəzəbli kütlədən çəkinən tikinti rəhbərliyi işi saxlayıb. Rayon rəhbərliyindən rəsmi olaraq isə heç bir məlumat verilmir. Yalnız şifahi olaraq bildirilib ki, məscidin həyətindəki qazıntı orada bağça tikmək üçün aparılır?. Saytın digər bir xəbərinə görə, "Lənkəranın inanclı təbəqəsinin mənaviyyatına toxunan Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran dindarlarının istifadəsində olan rayon "Cumə" məscidinin ərazisində uşaq baxçası tikilməsinə qarar verib: ?Ancaq daha sonra məlum oldu ki, qazıntı işləri məscid ərazisində baxça yox, ?Gilan Holding?-ə məxsus 4 mərtəbəli otel tikilməsi üçün aparılır. Baş verən olaydan qəzəblənən Lənkəran dindarları özlərini traktorun altına atmaqdan belə cəkinməyiblər. Dindarlar və polis arasında 7 saat davam edən qarşıdurmasında xəsarət alanlar var. İnaclı təbəqə isə bu işin qarşısının ölümlərlə də olsa belə, alacağında israrlıdılar. Quba hadisələri Lənkəranda da təkrarlanacaq". Yeri gəlmişkən, onu da qeyd edək ki, həbs olunmuş dindarlardan Rufulla Axundzadə icra başçısı Taleh Qaraşova açıq məktub yazıb. Maraqlı olacağını nəzərə alıb, olduğu kimi dərc edirik: ?Bağışlayan və rəhm edən Allahın adı ilə! Əvvəlan Salam! Sizi görməmiş və xasiyyətinizə bələd olmamış hansı mahaldan olduğunuzu da bilmədiyim üçün və eləcə də rayonumuzda qonaq olduğunuzdan Sizə əvvəlcədən bir məsləhətmi deyim, xəbərdarlıqmı deyim, islamda deyildiyi kimi ?əmr be məruf və nəhy əz münkər? etməyi özümə borc bildim. SSRİ dönəmində rayona Rəhbərlik edənləri nəzərə almasaq müstəqillik əldə olunandan sonra Siz Astara Rayonunda Prezidentin 6-cı nümayəndəsisiniz. Yəni o nöqteyi nəzərincən Sizi qonağımız bilirəm. Və qeyd edim ki, Rayon icra aparatında dəyişməyən müavin və işçilərinizin tərcümei-halını yaxşı araşdırsanız və ya əməllərini yoxlatdırsanız, onların əksəriyyətinin beqələmun (yəni xomelyon, fəsil fəsil rəngin dəyişən sürünən) timsallı yaltaqlığı və məddahlığı əsas peşəsi bilib rayondakı narazılıqların əsas mənbəyi olduqlarını görəcəksiniz. Bir də yaltaq, üzdən iraq idarə Rəislərini, məktəb direktorlarını deyil, rayondakı narazı təbəqənin səmimi olanlarına diqqət edib onları dinləsəniz hər şeyi düzgün analiz etmək şansı əldə edərsiniz. Qaldı həyat yoldaşım Axundzadə Tamara Talıb qızı ilə dioloqunuz, əvvəlan xanımım qəza nəticəsində əlillik qazandığından və 8 uşaq dünyaya gətirərək tərbiyəsi ilə məşğul olduğundan (hamısı nümunəvi və intellektlidirlər) hal-hazırda da 6-sı tələbə və məktəbli olduqlarından hər hansı müəssisə və təşkilatlarda işləmək (əgər varsa?....) iqtidarları olmadığından ünvanlı sosial yardıma iddialıdırlar. Əgər hardasa qeyri-qanunilik var və siz bilirsiniz, verin yoxlamağa, ya veriləni də kəsdirin, ya da verilməyən hissəni ödətdirin. Necə ki, dioloqdan sonra kimlərinsə sözü ilə səlahiyyətlərinizi aşaraq qış ərəfəsində onlara verilən təbii qazı kəsdirmişdiniz. Lakin yaddan çıxarmayın ki, o ailə qürurlu, namuslu, qeyrətli kişinin və eləcə də Allahdan qorxan, başqa isə heç kəsdən, heç nədən çəkinməyən ədalətli ailənin namuslu, qorxmaz əyalı və üzvləridirlər. Odur ki, Allaha hesabat verən və Allah-təalanın göndərdiyi azuqə, səadət və ya əzab əziyyətlərindən xoşhal olub şükür və səbr edənlərlə ehtiyatlı davranışı və çaşmamağınızı tələb edirəm! Vəssəlam!?. (?İslamazeri.az?).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA