Füzuli Ələkbərovun nazirliyi məhkəməyə verildi

img

27-05-2012 [05:23]


ARDNŞ-in ?Azəriqaz? İstehsalat Birliyi Mədəniyyət və Turizm, Daxili İşlər nazirlikləri ilə bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə qaydasında iddia ərizəsi qaldırıb. Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Azəriqaz? Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlik və onun strukturlarından istifadə etdikləri təbii qaza görə yaranmış köhnə və indiki borcları tələb edir: ?Nazirlik isə büdcə təşkilatı olduqlarından köhnə borcların Nazirlər Kabinetinin qərarı ilə tənzimləndiyini əsas gətirib, qanunla ödəməyə borclu olmadığını deyir. Eyni zamanda, borcun şişirdildiyini iddia edir?. Məlumata görə, ?Azəriqaz?ın göstərilən səbəblərdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia tələbləri qəbul edilməyib: ?Bu səbəbdən də apellyasiya şikayəti verilib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılır. Hakim iş üzrə mayın 29-a proses təyin edib?. #601; indiki borclar#246;r#304;stehsalat Birliyi M

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA