Polisin xəstəxanalıq etdiyi müharibə veteranı nazirdən kömək gözləyir

img

14-05-2012 [11:46]


Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ev 44-də yaşayan Böyük Vətən Müharibəsi veteranı Vəli Rüstəmovu xəstəxanalıq edən Binəqədi rayon Polis İdarəsinin 4-ci Polis Bölməsinin iki polis serjantı və onları buna təhrik edən cinayət axtarış şöbəsinin kapitanı Araz Behbudov hələ də cəzasız qalıb. Bunu yenidən ?Reytinq? qəzeti vasitəsiylə daxili işlər naziri Ramil Usubova müraciət edən Vəli Əmiraslanov deyib. Onun sözlərinə görə, həm qəzet, həm də teleqramlarla prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova etdiyi müraciətlərə rəğmən, bu günədək nə onunla, nə də ona qarşı kobud rəftar edənlər haqda heç bir tədbir görülməyib: ?Açığı, çox gözləyirdim ki, 78 yaşlı bir insana, özü də bayramımız ərəfəsində polis şərəfinə və təlimatlarına uyğun olmayan kobudluq edənlər haqqında qanunauyğun tədbirlər görüləcək. Ancaq ötən 9 gün ərzində bir nəfər belə, mənimlə maraqlanıb, baş vermiş hadisə ilə maraqlanmayıb. Sanki belə bir hadisə yaşanmayıb?. Qəzetimizin ötən sayında dərc olunmuş şikayətində hadisənin təfərrüatına varmış 78 yaşlı ağsaqqal yenidən prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edərək, yaşadığı evin sağ tərəfini zəbt edən ?Mətin? şadlıq evinin sahibi, özünü 4-cü Polis Bölməsinin cinayət axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən Araz Behbudov və sol tərəfində isə yüksəkmərtəbəli yaşayış binası tikən tovuzlu iş adamı Azad İsmayılov, o cümlədən adıçəkilən pullu şəxslərin təhriki ilə ona kobud rəftar edən polis serjantları ilə bağlı cinayət işinin açılmasını xahiş edib: ?Sizdən çox xahiş edirəm, məni haqsız yerə yorğan-döşəyə salan həmin polis serjantları və polis kapitanı Araz Behbudovun və qanuni yollarını zəbt edən digər iş adamı Azad İsmayılovun barəsində qanunla nəzərdə tutulan tədbirlərin görülməsi üçün aidiyyatı dövlət qurumlarının rəhbərlərinə göstərişinizi verin. Mənə çox maraqlıdır, axı bu polis əməkdaşları və iş adamı kimdirlər ki, onların qarşısında belə aciz davranılır??. Xatırladaq ki, ?Reytinq? olaraq, baş vermiş hadisə ilə bağlı müəyyən maraqlı informasiyalar əldə etmişik. Araşdırmalarımız zamanı aydın olub ki, 78 yaşlı müharibə veteranını xəstəxanalıq olmasına səbəb olanlardan biri - Araz Behbudov Əhməd Əhmədzadənin sədrlik etdiyi ?Meliorasiya və Su Təsərrüatı? ASC-nin Sub-Artezian Quyularına Servis Xidməti adlı qurumunun rəisi Mirzalı Behbudovun oğludur. Eyni zamanda, iş adamı Azad İsmayılovla yanaşı, iki polis serjantı haqda da araşdırmalarımız davam edir. Növbəti sayımızda bu yöndə araşdırmalarımızın nəticələri ilə oxucularımızı tanış edəcəyik. Yazıda adları çəkilənlərin də fikirlərini də dərc etməyə hazırıq. "Reytinq" qəzeti, 13 may 2012-ci il

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA