DiN-dən Polis Akademiyası ilə "Azərsu"nun məhkəmə çəkizməsinə reaksiya

img

17-05-2012 [10:26]


Daxili İşlər Nazirliyinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasının ?Azərsu? ASC tərəfindən məhkəməyə verilməsi ilə bağlı xəbərə reaksiya verilib. Bu barədə MİA-ya açıqlama verən DİN Maliyyə-plan İdarəsinin rəisi polis polkovniki Səxavəddin Abdullayev deyib ki, DİN-nin Polis Akademiyasının "Azərsu" ASC-yə olan 58.9 min manat kreditor borcunun əsas hissəsi - 55.6 min manatı 2002-cil daxil olmaqla, əvvəlki illərdə əmələ gəlmiş borcdur: "Qeyd etməyi zəruri hesab edirik ki, Daxili İşlər Nazirliyi dövlət büdcəsi hesabına saxlanılan mərkəzi icra hakimiyyəti orqanıdır. Hər il "Dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının" qanununa əsasən, aidiyyatı məqsədlərlə ayrılan maliyyə vəsaiti yalnız həmin ilin xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Bundan başqa, Maliyi Nazirliyi tərəfindən təsdiq edilərək, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimatın" 4-cü hissəsində öhdəliklərin tətbiqi gününə qədər büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borclarının köhnə borclar adlandırılması və bu borclar üzrə ödənişlərin aparılması üçün yeni öhdəliklərin qəbuledilməzliyi qəbul edilmişdir. Qu baxımdan köhnə ötən illərdən yığılan borcların ödənilməsi mümkün deyil". D

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA