12 saylı Cəzaçəkmə Müəssisəsi keçmiz izçisinin pulunu vermir

img

17-04-2012 [01:10]


Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı Cəzaçəkmə Müəssisəsi sabiq əməkdaşı tərəfindən məhkəməyə verilib. Buna səbəb Rauf Məmmədovun işdən çıxarılmasına görə qanunla nəzərdə tutulan işdənçıxarma pulunun birdəfəlik ödənilməsinin təmin olunmamasıdır. Bu barədə MİA.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, həbsxana rəhbərliyi tərəfindən işdən çıxarılan keçmiş əməkdaşın bu iddiası 1 saylı Bakı İqtisad məhkəməsində təmin olunmayıb: ?Rauf Məmmədov indi apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Ülvi Mayılovun sədrliyi ilə icraata qəbul edilib, araşdırılır?. Məlumata görə, tərəflər arasındakı proses sabah saat 10.30-da davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA