DSMF ?Akkord?un fəaliyyətinin dayandırılmasını tələb edir

img

14-03-2012 [11:32]


Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə ?Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası? ASC arasında yaşanan pul qalmaqalı tərəfləri daha kəskin addımlar atmağa sövq edib. Belə ki, DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti sözügedən ASC-nin törəməsi olan ?Akkord Qum ? MMC-dən fondda olan 8 min manata yaxın borclarının ödənilməsini tələb edən iddialarına bəzi ciddi əlavələr etməklə, məhkəməyə üz tutublar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, fondun pul tələbi əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində araşdırılsa da, ?Akkord?un törəməsi olan MMC bu məhkəmə instansiyasında haqlı sayılıb: ?Lakin dövlət qurumu bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır. Bu dəfə DSMF MMC-dən nəinki məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulmasını, hətta cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılmasını da məhkəmə tələbinə əlavə edib. Martın 13-də nəzərdə tutulan proses qarşıdan bayram günlərinin gəlməsi ilə əlaqədar martın sonuna təxirə salınıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA