"Mura- Ay" rəhbərliyinin məhkəməsi bazladı

img

11-04-2012 [10:21]


Bakı Ağır Cinayətlər Məhkəməsində ?Mur-Ay? Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, sədr müavini Sultanov Bəybala Qabil oğlu, ?Azərbaycan? Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və digərlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb. APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək, ibtidai istintaq zamanı qanun pozuntusuna yol verildiyini, zərərçəkmiş şəxslərin əvvəlcə şahid qismində, sonra isə zərərçəkmiş qismində dindirildiklərini deyiblər. Onlar müdafiə etdikləri şəxslərin barələrində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Lakin prosesdə iştirak edən zərərçəkmiş şəxslər onların vəsatətləri ilə razılaşmadıqlarını bildiriblər. Proses günün ikinci yarısında davam etdiriləcək. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, ?Mur-Ay? MMC-nin sədri Hüseynov Elxan Balaxan oğlu, ?Azərbaycan? Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və qeyrilərinin qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradaraq, cəmiyyət tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək Bakı şəhəri sakini Quliyeva Elmira Tofiq qızı və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə 820 vətəndaş dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınıb, iş üzrə müvafiq sorğular verilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Bundan başqa, Səbail rayon Məhkəməsinin qərarı ilə cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması Vergilər Nazirliyinə həvalə edilib. 14 fevral 2011-ci il tarixdə mütəşəkkil dəstənin üzvləri ?Azərbaycan? Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu, ?Mur-Ay? MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, ?Mur-Ay? MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhriyar Meyxoş oğlu, Səfərov Seyfəddin Ədalət oğlu və şirkətin sədri Elxan Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA