Nazirin qardazına qarzı əmlak davası gedir

img

04-04-2012 [12:17]


Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədova qarşı Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə sahibkar Mehralı Məmmədovun əmlak tələblərndən bəhs edən prosesə start verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən məhkəmədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Bakı Beynəlxalq Avtovağzalın tikintisini həyata keçirən və Elton Məmmədova məxsus olduğu bildirilən ?Bakı XXI əsr? MMC və orada pay sahibi olanlar bu günədək Mehralı Məmmədovun zəbt etdikləri torpaq sahəsi üçün kompensasiya ödəməkdən imtina edirlər: ?Vətəndaş Mehralı Məmmədov bununla bağlı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırsa da, onun dəymiş zərərin ödənilməsi tələbindən bəhs edən ərizəsi qəbul olunmayıb. Daha dəqiqi, birinci instansiya məhkəməsi nazir Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun lehinə qərar çıxarıb. İddiaçı tərəf bu səbəbdən apellyasiya şikayəti verib və iş hazırda Ülvi Mayılovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində araşdırılır?. Məlumata görə, hakim Ü.Mayılov iş üzrə bu gün saat 14.30-a proses təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA