?Azərpoçt?la DSMF arasında iri məbləğli borc qalmaqalı

img

10-04-2012 [12:03]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan ?Azərpoçt? Məhdud Məsuliyyətli Cəmiyyətlə Səlim Müslümovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondu (DSMF? arasında bir ildən çoxdur ki, iri məbləğli borc qalmaqalı məhkəmə salonlarında araşdırılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, tərəflər arasında budəfəki mübahisə də DSMF-nin ?Azərpoçt? MMC-dən tələb etdiyi borcun ödənilməməsindən qaynaqlanır: ?Bu üzdən fond, daha dəqiqi, fondun İri Sığortaedənlərlə İş üzrə Departamenti ?Azərpoçt?da qarşı maliyyə sanksiyaları da tətbiq edib. Poçt rəhbərliyi isə həm borcun, həm yoxlama aktının, həm də maliyyə sanksiyasının ləğv edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Lakin bu məhkəmə instansiyası DSMF-ni haqlı çıxarıb. Bu isə qərardan apellyasiya şikayəti verilməsinə səbəb verib?. Məlumata görə, ?Azərpoçt?un şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə icraata qəbul olunub və iş üzrə prosesə aprelin 11-i, saat 15.30 ?da start veriləcək. Çox çalışsaq da, tərəflərin mübahisə predmeti olan borcun məbləğini dəqiqləşdirə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA