?Azərsu? ?Azərbaycan? nəzriyyatını məhkəməyə verdi

img

12-03-2012 [01:56]


Prezident Administrasiyasının İşlər İdarəsinin tabeliyində olan ?Azərbaycan? nəşriyyatı ?Azərsu? Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilib. Buna səbəb ?Azərsu?yun nəşriyyatdan istifadə edilmiş supulu üzrə borcunu ala bilməməsidir. Lakin tərəflər arasında borcun məbləği mübahisə doğurduğundan iş məhkəmə müstəvisinə daşınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən məlumat daxil olub. Məlumada bildirilir ki, ?Azərsu? ASC-nin ilkin iddiasına 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılsa da, burada çıxarılan qərar ?Azərbaycan?ın xeyrinə olub: ?Qorxmaz Hüseynovun rəhbərlik etdiyi ?Azərsu? ASC bu qərardan apellyasiya şikayəti verib və iş hakim Vidadi Məmmədovun sədrliyi ilə icraata qəbul olunub. Hakim martın 15-də, saat 15.00-da şikayət üzrə qərarını elan edəcək?. Tərəflər arasındakı borcun məbləğini öyrənmək mümkün olmayıb. Dövlət nəşriyyatından belə bir məhkəmə işinin olduğu bildirilsə də, əlavə məlumat verilməyib. ?Azərsu?dan isə münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA