Azərbaycanda 3 nəfər qar uçqununa düzüb

img

05-04-2012 [10:40]


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qəbələ rayonu Vəndam kəndinin 3 nəfər sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Bununla bağlı nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Hadisədən dərhal sonar FHN-in aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar. İtgin düşən şəxslərin axtarışları bu gün də davam etdiriləcək. ***** Baş vermiş uçqun nəticəsində itkin düşdüyü bildirilən şəxslər - 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA