Dəhzətli yol qəzası: 1 ailənin 3 üzvü öldü

img

21-03-2012 [11:19]


Ötən gün saat 21:00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Gəndob-Yalama yolunun 10-cu kilometrliyində bir ailənin 3 üzvünün ölümü və 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 1971-ci il təvəllüdlü Niyyətəli Qəribəli oğlu Əlibabayevin idarə etdiyi ?VAZ-2107? markalı avtomobil ilə 1989-cu il təvəllüdlü Sərxan Şakir oğlu Ələsgərovun idarə etdiyi ?VAZ-2107? markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir ailənin 3 üzvü - Niyyətəli Əlibabayev, onun həyat yoldaşı Relli Tahir qızı Əlibabayeva və 3 yaşlı övladı Elmir ölüblər. Araşdırmalar zamanı məlum olub ki, Telli Əlibabayeva 4 aylıq hamilə olub. Digər avtomobilin sürücüsü Sərxan Ələsgərov, onun sərnişinləri 1982-ci il təvəllüdlü Rəhidxan Həmzəyev, 1988-ci il təvəllüdlü Kamran Paşayev, 1990-cı il təvəllüdlü Cəfər Muradov, 1991-ci il təvəllüdlü Namiq Poladov ağır yaralanıblar. Yaralılar yaxınlıqda yerləşən Xaçmaz rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-in bölgə müxbirinə bildirib ki, qəzanın baş verməsinə səbəb hər iki sürücünün yol qaydalarını kobud şəkildə pozmasıdır. Hadisənin baş verməsinin dəqiq səbəbləri ekspertizadan sonra məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA