Xaçmazda qətlə yetirilmiz sahibkarın qızı intihar etdi

img

28-03-2012 [11:11]


Azərbaycanın Xaçmaz rayonunda fəaliyyət göstərən ?Arzu? Ticarət Mərkəzinin qətlə yetirilən sahibəsi, 73 yaşlı Nəcimə Babayevanın qızı 49 yaşlı Təranə Həbibova intihar edib. Bu barədə Təranə Həbibovanın qardaşı Fuad Həbibov məlumat verib. Fuad Həbibovun sözlərin görə, bacısı bu gün səhər saatlarında özünü yaşadıqları Xaçmaz rayon Nəriman Nərimanov küçəsindəki binanın 5-ci mərtəbəsindən atıb. İntiharın səbəbləri məlum deyil. Faktı Xaçmaz rayon Prokurorluğunun böyük prokuroru Əlibaba Şahverənov təsdiqləyib. Hazırda hadisə yerinə Xaçmaz Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları gəlib və araşdırmalar başlayıb. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Babayeva 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib. Bu günədək hadisəni kimin tərəfindən törədildiyi məlum deyil. Həbibovlar ailəsi qətlin üstünün açılmamasına görə narahat olduqlarını dəfələrlə bildirmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA