Beyləqanda namus üstündə törədilib

img

24-02-2012 [04:36]


Beyləqan rayonunda yeniyetmə oğlan namus üstündə dəhşətli qətl törədib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Mil kənd sakini, 16 yaşlı Elvin Qasımov özündən 16 yaş böyük Qadir Orucovu qətlə yetirib. O, Qadirə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. Qətl hadisə namus üstündə törədilib. İlkin məlumata görə, mərhum Qadir Orucov E. Qasımovun anası ilə qeyri-rəsmi görüşürmüş. E.Qasımov polis tərəfindən tutulub. Cinayət Məcəlləsinin qəsdən adamödürmə maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA