Goranboyda mina partlayıb, xəsarət alanlar var

img

24-01-2012 [12:11]


Goranboy rayonu ərazisindəki meşə zolağında mina partlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətində MİA-ya verilən məlumata görə, yanvarın 23-də Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki meşə zolağında, Şəfəq kənd sakini Qəmbər Abbasov və Kəlbəcər rayon sakini Məmməd Vəliyev minalanmış sahəyə düşüblər. Baş vermiş partlayışdan xəsarət almış Q.Abbasov və M.Vəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA