Ramil Usubov Türkiyə daxili izlər nazirinin bazçılıq etdiyi nümayəndə heyəti ilə görüzüb

img

23-02-2012 [06:36]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov onun dəvəti ilə Azərbaycana səfərə gələn Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan nazir rəhbərlik etdiyi nazirliyin qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Qeyd olunub ki, bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi, dostluq və strateji əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi barədə dövlətlərarası müqavilələrə əsaslanır. Ramil Usubov bu səfərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahin rəsmi dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini və onların əkiz qardaşlar olduğunu vurğulayaraq, dost və qardaş ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini də qeyd edib. Görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA