Korrupsiyaya görə cəzalandırılan prokurorluq izçilərinin sayı açıqlandı

img

27-01-2012 [11:47]


Yanvarın 27-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən il korrupsiyaya qarşı görülən işlərin yekunlarına dair mətbuat konfransı keçirib. K.Əliyevin sözlərinə görə, 2011-ci ildə korrupsiya əməllərinə görə 128 cinayət işi başlanıb. Vətəndaşlar tərəfindən idarəyə daxil olan 1084 müraciətə baxılıb. K.Əliyev deyib ki, ötən illə bağlı hesabata görə, 5 prokurorluq işçisi barəsində 4 cinayət işi başlanıb. Onlardan birinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilərək hökm çıxarılıb, 3-ü hazırda icraatdadır. Ötən il 6 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib. K.Əliyevin sözlərinə görə, 2011-ci ildə cinayət xarakterli 234 müraciətə baxılaraq 128 cinayət işi başlanıb. Vətəndaşlar tərəfindən idarəyə daxil olan 1084 müraciətə baxılıb. K.Əliyev deyib ki, 2011-ci iləd idarəyə digər hüquq-mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olub. FHN-dən 9, Ədliyyə Nazirliyindən 9, Məhkəmə-Hüquq Şurasından 1, DİN-dən 1, Dövlət Miqrasiya Xidmətindən 1, MTN-dən 4 və digər hüquq-mühafizə orqanlarından 5 məlumat daxil olub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Ötən il idarəyə hazırlanan cinayətlər barədə 187 müraciət daxil olub. Həmin müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətmiş şəxslər tutulub və onlar barəsində 18 cinayət işi başlanıb. Onlardan 8-i üzrə istintaq yekunlaşıb məhkəməyə göndərilib, 10-nun istintaqı davam etdirilir. K.Əliyev qeyd edib ki, ötən il idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. 229 şəxs barəsində 142 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. İdarə rəisinin sözlərinə görə, ötən il rüşvətalma cinayətlərinin sayı artıb. Belə ki, 16 şəxs barəsində 11 iş rüşvətalma, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə işləri olub. Nəticədə 10 cinayət işinin istintaqı hazırda davam edir. Bu cinayət işləri üzrə 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manatın ödənilməsi təmin edilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ?161? nömrəli ?qaynar xətt?inə 3578 müraciət daxil olub. K.Əliyevin sözlərinə görə, şikayətçi vətəndaşların ?qaynar xətt?ə etdikləri müraciətlərdə bir sıra dövlət orqanlarından narazılıq edilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindəki süründürməçiliklərdən, Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin yerli şöbələrinin işindən, bələdiyyələrdən, bankların fəaliyyətindən daha çox şikayətlər edilib.#246;t

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA