Sumqayıtda közk yandı, bir nəfər öldü

img

21-02-2012 [12:51]


Sumqayıt şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 12 kv.m olan istifadəsiz köşkün yanar konstruksiyaları yanıb. Yanğın səhər saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı, 1953-cü il təvəllüdlü Valeri Nikolayeviç Kisilyovun cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA