MTN terrorçu qrupu zərərsizləzdirib

img

21-02-2012 [07:13]


Azərbaycanda əcnəbi vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terrorçuluq cinayətinin törədilməsi məqsədilə mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərən şəxslər yaxalanaraq ifşa olunub. Onlar terrorçuluq cinayəti törətmək məqsədilə İranın xüsusi xidmət orqanı olan "Sepah"ın tapşırığı əsasında kəşfiyyat xarakterli məlumatları toplayıb qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğular əldə edib, habelə digər hazırlıq işləri görüblər. Azərbaycanda terrorçuluq törətmək məqsədilə "Sepah"ın əməkdaşı Həmid və Livanda fəaliyyət göstərən "Hizbullah" terrorçu təşkilatının "Müqavimət" adlı hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbas tərəfindən yaradılan bu mütəşəkkil dəstənin üzvləri arasında müvafiq vəzifə bölgüsü müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA