Dünən 33 nəfər dəm qazından zəhərlənib

img

10-02-2012 [11:34]


Ötən gün Bakı şəhərinda 61 nəfər travma ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına müraciət edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib ki, bunlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib. ?Ötən gün təcili yardıma 1431 nəfər müraciət edib. Onlardan 146 nəfəri xəstəxanaya yerləşdirilib. Travma alma ilə bağlı müraciət edən 61 nəfərdən 18-i yıxılaraq xəsarət alıb ki, onlardan 16 nəfəri xəstəxayana yerləşdirilib?. Bundan başqa, ötən gün dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 33 nəfər təcili yardıma müraciət edib. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib. ?Kürdəxanı qəsəbəsində bir ailədən 8 nəfər, Bakıxanov qəsəbəsində isə bir ailədən 5 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Kürdəxanı sakinlərindən 2-si, Bakıxanov sakinlərinin isə 5-i də xəstəxanaya yerləşdirilib, onlardan 1-i 8 yaşında uşaqdır?. Onun sözlərinə görə, ötən gün 55 yaşlarında kişini don vurub. Təcili yardım həkimləri donmuş kişinin meyidini Pirallahı qəsəbəsində tapıblar. Onun evsiz olduğu və küçələrdə səfil həyatı yaşadığı bildirilir. Mürsəl Həmidov bir daha paytaxt sakinlərinə müraciət edərək zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməməyi məsləhət görüb.#601;n g

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA