Azərbaycanda həbsxanada "qanunda oğru" yoxdur

img

03-02-2012 [07:32]


Azərbaycanın cəzaçəkmə müəssisələrində bəzi nüfuzlu məhkumlar var. Bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. Nazir müavini qeyd edib ki, Penitensiar Xidmətin əməliyyat aparatı bu məsələ ilə daim məşğul olur və bunu nəzarətdə saxlayır. Quliyev bildirib ki, bu gün Azərbaycanda "qanunda oğru" terminindən istifadə etmək yersizdir. "Çünki bizdə elə bir təhlükə yoxdur. Azərbaycanın cəzaçəkmə müəssisələri dövlət qanunları ilə idarə olunur. Bəzi nüfuzlu məhkumlar olsa da, bu məsələ daim nəzarətdə saxlanılır", Quliyev deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA