Bakıda təbii qazın sızmasından ev partladı

img

06-02-2012 [02:12]


Bakıda yaşayış evində partlayış baş verib. MIA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə Xəzər rayonunun Türkan qəsəbə sakini Bəfalı Ramazanova məxsus evdə qeydə alınıb. Təbii qazın sızmasından yanğına keçən ani partlayış nəticəsində qapı və pəncərə çərçivələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət almış ev sahibi, anası Sevil, oğlu Vüqar və qızı Sevil xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA