Bakıda içərisində sərnizin olan avtomobil yanıb

img

15-02-2012 [12:43]


Bakıda içərisində sərnişin olan avtomaşın alışaraq yanıb. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, Elşad Məmmədova məxsus ?Qaz-2410? markalı nəqliyyat vasitəsi Vaqif küçəsilə hərəkətdə olan zaman qəfildən alışaraq yanmağa başlayıb. Yanğının qarşısı əvvəlcə hadisə şahidlərinin köməkliyilə alınıb. Hadisə yerinə çağrılmış yanğınsöndürmə briqadasının əməkdaşları isə alovun maşını tamamilə cənginə almasına imkan verməyiblər. Yanan maşında sürücü ilə yanaşı 2 nəfər sərnişin də olub. Onların yanan maşından vaxtında çıxa bilməsi hadisədən xəsarətsiz ötüşmələri ilə nəticələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA