Yol polisindən sürücülərə növbəti müraciət

img

31-01-2012 [01:01]


Havanın şaxtalı, yolların buzlu olması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolların buzlu, avtomobillərin hərəkətinin çətinliyini nəzərə alaraq vətəndaşlar imkan daxilində fərdi avtomobillərdən az istifadə etmək məsləhət görülür. ?Əsasən də təcrübəsi yetərincə olmayan sürücülər ictimai nəqliyyatdan istifadə etsələr daha yaxşıdır. Amma yoların sürüşkən olması peşəkar sürücüləri də qəzalardan sığortalamır. Çalışmaq lazımdır ki, hər iki oxu aparıcı olan ?Niva?, ?Cip? və bu tipli avtomobillərlə yola çıxsınlar, yaxud maşınların qış şinlərindən istifadə etsinlər. Avtomobillərin təkərlərinə zəncir vursunlar. Ümumiyyətlə lüzum olmazsa, fərdi avtomobillərdən az istifadə etsinlər?, - deyə Kamran Əliyev vətəndaşlara tövsiyyə edib. Yol polisinin sözlərinə görə, ölkənin bəzi yollarında avtomobillərin hərəkəti olduqca çətindir. Bakı-Quba-Rusiya magistralında, Bakı-Şamaxı istiqamətində yollar buz bağlayıb. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində buzlaşma var. Lakin cənub bölgəsi istiqamətində avtomobillərin hərəkəti müəyyən qədər şərait var. Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 4 yol nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA