Qanunsuz fəalliyət göstərən14 aptek azkarlanıb

img

26-01-2012 [05:42]


Ötən il Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən aparılan reydlər zamanı 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reydlər ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən keçirilib. Keçirilən reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib. Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib. Mərkəzin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb. Səhiyyə Nazirliyinin ?qaynar xətt? telefonu vasitəsilə Mərkəzə 93 sayda müraciət daxil olub. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil edib, şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb. Keçən müddət ərzində 762 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Dövlət Reyestrinə salınıb. Hazırda Dövlət Reyestrində ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilən 3652 adda dərman vasitəsi var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA