Sabunçu rayon Polis idarəsinin rəis müavinini döydülər

img

17-01-2012 [04:56]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-da saat 09:30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törətdib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb. Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetirib. Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA