15 yazlı təzə gəlin intihar etdi

img

26-12-2011 [01:01]


Cəlilabad rayonunda yeniyetmə qız özünə qəsd edib. Rayon Prokurorluğundan milli.az verilən məlumata görə, Günəşli kəndində yaşayan 15 yaşlı Rədimə Həsənova özünü yaşadığı evin həyətində öldürüb. O özünü həyətdə yerləşən yardımçı tikilidə asıb. Mərhumun bu ilin iyun ayında toyu olub. Onun meyitini dünən günorta 21 yaşlı həyat yoldaşı aşkarlayıb. Bu ilin noyabrında 15 yaşını tamamlayan qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Təzə gəlini intihara vadar edən səbəb araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə c

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA