Azərbaycanda radikal dini təriqətin üzvləri tutulub

img

16-01-2012 [02:19]


Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş broşüralar, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kassetlər, 100-ə yaxın dini ayələr, o cümlədən Azərbaycan Dövlətini Müstəqil İslam Dövləti kimi təbliğ edən Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən broşüralar aşkar ediələrək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilmişdir. Araşdırmalar aparılır. Şəki ŞRPŞ və MTN-nin Şəki rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan, Şəki şəhər sakinləri Şahmurad Ağabalayevin, Cahangir Çələbiyevin, Sani Heydərovun, Aydın Mülayimovun evlərinə baxış zamanı oradan 26 ədəd dini kitab, 6 ədəd kitabça, 7 ədəd vərəqə, 1 ədəd əllə yazılmış dəftər, 1 ədəd buklet, 1 ədəd videokaset və 7 ədəd disk aşkar ediələrək götürülmüşdür. Araşdırmalar aparılır.#601; h

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA