Azərbaycanda ötən il yol qəzaları; 1016 ölü, 3031 yaralı

img

09-01-2012 [11:59]


Azərbaycanda ötən il 2890 yol qəzası qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, ilkin məlumatlara görə, 2011-ci ildə respublikada qeydə alınan qəzalarda 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaların 1175-i Bakıda qeydə alınıb. Paytaxtda baş verən yol qəzalarında 371 nəfər ölüb, 1166 nəfər yaralanıb. Respublikada qeydə alınan qəzaların təxminən yarısı avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA