Ağır yol qəzası: bir jurnalist ölüb, biri ağır yaralanıb

img

03-01-2012 [11:25]


DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 1yanvar 2012-ci il tarixdə saat 15:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən 127-ci km-də Tovuz rayon sakini 1975-ci il təvəllüdlü Həbib Həmid Bağır oğlunun idarə etdiyi ?Nissan-Qashqai? markalı 90-HO-455 dövlət qeydiyyat nişanlı avtomobillə 1975-ci il təvəllüdlü Masallı rayon sakini Fətullayev Yalçın Nəzəralı oğlunun idarə etdiyi ?Mercedes-Benz? markalı, 90-XM-934 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və H.Həbibin sərnişinləri, övladları, 2007-ci il təvəllüdlü Amid və 2009-cu il təvəllüdlü Gülşən hadisə yerində ölüblər, digər sərnişin, həyat yoldaşı 1975-ci il təvəllüdlü Həbibova Vüsalə Rauf qızı isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. ?Mercedes?-in sürücüsü Y. Fətullayev ?Azərbaycan məmləkəti? qəzetinin fotomüxbiri, V.Həbibova isə İctimai Televiziyanın əməkdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA