22-12-2011 [03:31]
Said Dadaşbəylinin ?qrupunun? işi üzrə ictimai müdafiə komitəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. MİA-ya daxil olan müraciətdə deyilir:
Möhtərəm Cənab Prezident!
Biz Said Dadaşbəylinin qrupu adlı saxtalaşdırılmış işin qurbanlarının anaları olaraq, Sizə dəfələrlə müraciət etmişik və ümid edirik ki, bu dəfə demokratik Azərbaycanın 20 illiyi münasibəti ilə bu müraciətimizi Sizə çatdırarlar.
Əvvəlki müraciətlərimizdə yazdığımız kimi, bizim övladlarımız siyasi sifarişli və saxtalaşdırılmış iş üzrə beş ildir ki, həbs olunublar. Bu beş il müddətində nə biz analar, nə həbs olunanların özləri, nədə ki hökm çıxardan hakim Ənvər Seyidov övladlarımızın günahının nədən ibarət olduğunu nə hökmdə, nə qərarlarda aydınlıq gətirməmişdi. Övladlarımızın 12-14 il cəza alması biz analarla yanaşı, onları tanıyan insanlar, Said Dadaşbəylinin müraciətlərini KİV-də oxuyan və onlarla maraqlanan hər bir Azərbaycan vətəndaşları üçün bu cavanların uzun müddətli həbsi bu günə kimi məmmalı qalıb.
Hörmətli Prezident!
2007-ci ildə Said Dadaşbəylinin qrupunun işi üzrə İranın xüsusi orqanları ilə əməkdaşlıq , konstitutsiya və və dövlət qurluşunun devirmək ittihamı ilə 12-14 il müddətinə 10 nəfər həbs olunmuşdular.Bu gənclərin həbs olunması əsas cinayətin saxtalaşdırılmasının və ittihamların cəfənqiyyat olması göz qabağındadır. Beləki ittiham materiallarında məhkumların bir-birinə düşmən olan radikal dini təşkilatlar və xüsusi xidmət orqanları ilə əlaqələri olduğu qeyd edilir. Xüsusən, ?Hizbullah?, ?Həmas?, ?Fəth?, ?Əl-Qaidə?, xristian qruplaşmalarının, Iran və hətta Israilin xüsusi xidmət orqanlarının adları çəkilir. Məhkumların çoxu həbs edilənədək bir-birini tanımırdılar. Bu gənclərin bir qismi dindarlar arasında humanitar aksiyalar keçirmələri ilə əlaqədar xüsusi xidmət orqanlarının diqqətini çəkmiş və bu, təhsilli insanların arasında onların məşhurlaşmaqları ilə bağlı narahatlıq doğurub və onları həbs etmişdilər.
Ölkəmizin başçısı kimi biz sizə müraciət edərək, hakim Ənvər Seyidovun apardığı məhkəmədən açıqlamalar verəcəyik. Həmin ədalətsiz hakim Ənvər Seyidov bizim övladlarımızın günahları olmayan halda, əsassiz olaraq ağır cinayətlərə məhkum edib. Necə ki, tarixçilər orta əsrlərin inkvizisiyası vaxtları barəsində dini ifratçılıq zəmanəsi və bəşəriyyət qurbanları məhkəmə hökmünə əsasən gecə meditasiya etməsində və eyni zamanda bir neçə dinə sitayişdə, yəni avropa xristianlığına, islam ziddiyətli cəryanlarına və bəxai dininə sitayişdə ittiham olunurlar( bax məhkəmə hökmü səh. 110-112), buda öz özlüyündə daha absurd ittihamdır necə ki, tampliyerlərin Bafometə sitayiş ittihamı kimi.
Tarixdə məlumdur ki, inkvizisiya məhkəməsi tampliyerlər əfsanəli ?Dünya knyazı (padşahı)?-nın gəlməsinin gözləməsində ittiham olunublar. Eyni üsulla hakim Ənvər Seyidovun rəhbərlik etdiyi inkvizisiya məhkəməsi ?Said Dadaşbəylinin qrupunu? Qurandakı personajı İmam Mehdinin gəlməsinin (zühurunun) gözləməsində ittiham edib. Bu iki inkvizisiya hökmlərinin fərgi ancaq ondan ibarət idi ki, orta əsrlərin inkvizisiya məhkəməsi tampliyerləri dövlət çevrilişinin hazırlanması ittihamı ilə məhkum olunub, o halda ki hakim Ənvər Seyidovun rəhbərlik etdiyi inkvizisiya məhkəməsi Said Dadaşbəyli və digərləri daha absurd və daha ağır ?baş vermiş dövlət çevrilişi? ittihamı ilə ( CM-nin 278) maddəsi ilə məhkum ediliblər, hansıki, Azərbaycanda reallıqda heç bir dövlət çevrilişi baş verməyib. Cinayət işini və məhkəmə hökmünü saxtalaşdırmaq məqsədi ilə Said Dadaşbəyli və onun bədbəxtlik yoldaşları tampliyerlər kimi ağır işgəncələrə məruz qalıblar. Belə ?dindirmələrin? nəticəsində iş üzrə həbs olunan və toya hazırlaşan cavan oğlan, Emin Məmmədov rəhmətə gedib. Ona nə toy kürsüsü, nədə ki məhkəmə kürsüsü qismət olmadı.
Tarixin təkrarlanmaq xüsusiyyəti var. O halda ki, bütün sivil dünya orta əsrlərin inkvizasiya məhkəmələrini pisləyərək, tarixin bu biyabırçı səhfəsini bağlayıb, lakin hakim Ənvər Seyidov 21-ci əsrdə nəinki inkvizisiya məhkəmələrini təcrübəsini tətbiq edir, hətta orta əsrlərdə tampliyerlərə qarşı çıxardılmış hökmlərin şablonlarından da istifadə edir. Fərq ondan ibarətdir ki, ?tampliyer? sözünün əvəzinə ?Said Dadaşbəyli qrupu?sözü işlədilib. Hakim Ənvər Seyidovun bu ədalətsizliyini və qəddarlığının nəticəsində cavan övladlarımız bu gün öz cavanlıqlarını zindanlarda keçirməli olurlar.
Möhtərəm Prezident!
Biz analar Sizin mərhəmətinizə və rəhminizə sığınaraq, bu müraciəti yazmışıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, əsassız həbs olunmuş övladlarımızın azadlığa buraxılmasına sərəncam verəsiniz və xalqa düşmən kəsilən ədalətsiz hakim Ənvər Seyidov kimi hakimlərin cəzası verilsin.
Hörmətlə,
Said Dadaşbəylinin İşi üzrə İctimai Müdafiə Komitəsinin Üzvləri:
Kazımova İlhamə, Kərimova Səadət, Idrisova Lyubov, Ismailova Dürdanə, Kərimova İradə, Mehbaliyeva Ruslana, Əliyeva Güney, Ağayeva Həqiqət, Məmmədova Zemfira, Quliyeva Fəridə və s.
Müraciətin surəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Cənab Ramiz Mehdiyevə, Heydər Əliyev fondunun Prezidenti Xanım Mehriban Əliyevaya və Kütləvi İnformasiya Vasitələrinə də göndərilib.