Avtomobil qəzasında 19 yazlı gənc öldü, digər həmyazıdı yaralandı

img

28-11-2011 [10:35]


Noyabrın 27-də Qazax rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsindən verilən məlumata görə, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 467-ci kilometrliyində 10 DZ 660 nömrə nişanlı ?VAZ 2106? və 90 NA 373 nömrəli ?Mercedes? toqquşub. Nəticədə ?Mercedes?in sürücüsü 1974-cü il təvəllüdlü Kənan Məsimov və ?VAZ 2106?-da olan sərnişin 19 yaşlı Elnur Mehdiyev hadisə yerində ölüb. ?VAZ 2106?-nın sürücüsü 19 yaşlı Kənan Yusifov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA