Dərsə gedən 3 qızı mazın vurdu, 1 ölü, 2 yaralı

img

26-12-2011 [06:04]


Bu gün Biləsuvar rayonu Aşağı Cüləli kəndində səhər saat 8:00 radələrində 3 məktəblini maşın vurub. Dərsə gedən qızları maşın məktəbin girişində vurub. Qeyd edək ki, məktəblilərdən biri, III sinif şagirdi xəstəxanada dünyasını dəyişib, 2 nəfər isə ağır yaralanıb. Hadisə nəticəsində ölən məktəbli qızın şəxsiyyəti məlum olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu, III sinif şagirdi Türkan Rövşən qızı Abbasovadır. Onun bacısı I sinif şagirdi Fidan Rövşən qızı Abbasova və qonşuları I sinif şagirdi Rəvanə İsa qızı Bağırova isə yaralanıblar. Hazırda Rəvanə Bağırovanın vəziyyəti daha pisdir və hazırda reanimasiyadadır. Qızları ?Mercedes? markalı avtomobil vurub. Maşının sürücüsü Əliyev Qismət artıqq saxlanılıb. Qeyd edək ki, faktla bağlı istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA