Zeyno Baran Brayza ADU-da islamdan danızıb

img

09-12-2011 [12:48]


Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ Səfirinin xanımı Zeyno Baran Brayza ?İslam, İslamçılıq və Qərb? adlı mühazirə ilə çıxış edib. Tədbirdə ADU-nun professor-müəllim və tələbə heyəti iştirak edib. Öz nitqində Zeyno Baran sözügedən sahədə apardığı araşdırmaların nəticələri, İslamın inkişafı və bəzi ölkələrdə yayılan siyasi İslam fenomeni haqqında ətraflı məlumat verib. Eyni zamanda, islam və demokratiya, islam və qadın haqları mövzuları haqqında öz fikirlərini bölüşüb. Z.Baran çıxışında İslam dininin yayıldığı ölkələrdə İslam dinin inkişafı üçün yaxşı əhatə dairəsinin olduğunu bildirib. Eyni zamanda, İslam dininin tarixi, onun Avropada yayılması haqqında məlumatlar verib. O, dində zorakılıq və dözülməzliyin əsas fikir olmadığını qeyd edib. Tədbirin sonunda Zeyno Baran Brayza sualları cavablandırıb. Qeyd edək ki,Brayza müsəlman hərəkatları, ABŞ Avrasiya siyasəti və enerji təhlükəsizlik məsələləri üzrə dünyada tanınan mütəxəssislərdən biridir. O, həmçinin ?The Other Muslims: Moderate and Secular?, ?Torn Country: Turkey Between Secularism and Islamism? və ?Citizen Islam? kitablarının müəllifidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA