Həbsxanada bir məhbus özünü öldürüb, biri isə qaçıb

img

09-12-2011 [12:05]


Qaradağ rayonu ərazisində yerləşən müəssisədə cəza çəkən 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu özünü asıb. O, odeyalın kənarını qopararaq pəncərənin dəmir barmaqlığına keçirib və özünü asaraq intihar edib. Məlumata görə, İntihar etmiş məhkum daha əvvəl cəzaçəkmə müəssisəsinin rəis köməkçisi və nəzarətçi ilə dava edib. O, dəmir boru ilə rəis köməkçisinin başını partladıb, müxtəlif xəsarətlər yetirib. Nəzarətçinin isə qolları qırılıb. Hər iki müəssisə əməkdaşı ağır vəziyyətdə hospitala yerləşdirilib. Daha sonra F.Dadaşov nəzarətçi otağına salınıb və o burada özünü öldürüb(lent.az). Qeyd edək ki, F.Dadaşov 2008-ci ildə həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2 maddələri (quldurluq) ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 2012-ci ildə başa çatırmış. Azərbaycanda cəzaçəkmə müəssisəsində insident olub. APA-nın məlumatına görə, hadisə ötən gecə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Məhbuslar arasında yaranan münaqişə nəticəsində bir nəfər özünü öldürüb. Həmin məhkumun adı Faiq Dadaşovdur. Daha bir məhkum isə müəssisədən qaçıb. Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimai əlaqələr şöbəsinin böyük inspektoru Elçin Sadıqov ANS PRESS-ə cəzaçəkmə müəssisəsində insident olması faktını təsdiqlədi. O, bununla bağlı rəsmi məlumatın az sonra açıqlanacağını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA