Bakıda 29 yazlı oğlan küçənin ortasında intihar etdi

img

22-11-2011 [11:22]


Bakının Nəsimi rayonunda gənc oğlan özünü öldürüb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, 29 yaşlı Əli Ömərov sirkə turşusu içərək özünə qəsd edib. Hadisə noyabrın 16-da baş verib. Bakının Nizami rayonunda yaşayan Ə.Ömərov 20 Yanvar küçəsi 36 saylı binanın qarşısında sirkə turşusunu başına çəkib. O, ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Ömərov ötən gecə orada ölüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA