Bakıda məktəblilər arasında qanlı hadisə

img

08-12-2011 [10:54]


Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 7-ci mikrorayonda, 2 saylı evtikmə kombinatının həyətində, Zəngilan rayonundan məcburi köçkün olan 1997-ci il təvəllüdlü Qurbani Ədalət oğlu Quliyev 1996-cı ildə anadan olmuş Ərşad Qalib oğlu Mirzəyevi bıçaqlayıb. Bakıda məskunlaşmış Zəngilan rayon orta məktəbinin şagirdləri olan yeniyetmələr yaşadıqları evtikmə kombinatının korpusunun arxasında hələlik məlum olmayan səbəblərdən mübahisə ediblər. Nəticədə 14 yaşlı Q.Quliyev 10-cu sinif şagirdi olan Ərşadı ürəyindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib(lent.az). Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA