Iki nəfər dəm qazından zəhərlənərək öldü

img

21-11-2011 [04:31]


Azərbaycanın Sumqayıt şəhər sakini dəm qazından boğularaq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) saytında verilən məlumata görə, hadisə noyabrın 20-də qeydə alınıb. Sumqayıt şəhər sakini Elşad Salmanov dəm qazından evində boğulub. Həmin gün Bakının Nizami rayonu ərazisində yaşayan Tovuz Qasımovanın evində tanışı Arifə Məmmədova da dəm qazından boğularaq ölüb. Noyabrın 20-də Sumqayıt şəhər sakini Hicran Kərimova evində dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Abşeron rayon sakinləri Esmira Quliyeva, Səbinə Səlimova, Nəzakət Hüseynova və Aytac noyabrın 20-də öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, vəziyyətləri qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA