Masallıda qardaz qardazın qanını töküb

img

18-11-2011 [08:03]


Masallı rayonunda qardaş qardaşın qanını töküb. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Qəriblər kənd sakini, 1985-ci il təvəllüdlü Daşqın Məxsus oğlu Quliyev mübahisə zəminində qardaşı, 1980-ci ildə anadan olmuş Coşqun Məxsus oğlu Quliyevi bıçaqlayıb. Məlumata görə, hadisəni törədən 26 yaşlı D.Quliyev ruhi xəstədir. Valideynləri bir neçə il əvvəl onu özünə qapanmasın deyə evləndirib. Dünən isə D.Quliyev ailə üzvlərinin və qardaşı Coşqunun yanında 1 yaşı yeni tamam olmuş oğlunu döymək istəyib. Bu zaman C.Quliyev Daşqını sakitləşdirmək istəyib. Daşqın isə mətbəx bıçağını götürərək özündən 5 yaş böyük qardaşına bir neçə zərbə endirib. Polis Daşqın Quliyevi saxlayıb. Qeyd edək ki, faktla əlaqədar araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA